Növbəti səyyar qəbul İmişli rayonunda müvəqqəti məskunlaşan Füzuli rayon sakinləri üçün keçiriləcək!
13 iyun 2022 | 08:42
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbulu İmişli rayonunda müvəqqəti məskunlaşan Füzuli rayon sakinləri üçün keçiriləcək. 14 İyun 2022-ci il tarixdə, YAP İmişli rayon təşkilatının inzibati binasında keçiriləcək qəbulda əsas məqsəd Füzuli rayon sakinlərini narahat edən problemlərin öyrənilməsi və həllinə köməklik göstərilməsidir.