Home Contact Phone
background
  • Ünvan: Azərbaycan Respublikası, Füzuli rayonu
  • Faks: (+994 26 31) 55-1-74
  • E-mail: mail@fuzuli-ih.gov.az

Xəbərlər

  • Horadiz qəsəbəsinin işğaldan azad olunması g...

    Horadiz qəsəbəsinin işğaldan azad olunması günü ilə əlaqədar tədbir keçirildi

    2022-01-05

    05.01.1994-cü ildə rayonun Horadiz qəsəbəsi daxil olmaqla 22 yaşayış məntəqəsinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi günü ilə əlaqədar Füzuli rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhəri Qəhrəmanlar parkında tədbir keçirildi. Tədbirdə Füzuli RİH-nin başçısı, Hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisiə və təşkilat kollektivləri, şəhid ailə üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi

  • Dövlət Bayrağı Günü qeyd olundu

    Dövlət Bayrağı Günü qeyd olundu

    2021-11-10

    9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Horadiz şəhəri Bayraq meydanında baş tutan tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, həmçinin şəhər sakinləri iştirak ediblər.

  • Füzulidə ZƏFƏR GÜNÜ qeyd olundu

    Füzulidə ZƏFƏR GÜNÜ qeyd olundu

    2021-11-09

    8 Noyabr – Zəfər Günü təntənə ilə qeyd olundu. Horadiz şəhəri Heydər Əliyev parkında təşkil olunan bayram tədbirində Füzuli rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlar, idarə, müəssisə və təşkilalatlar, Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, rayon sakinləri iştirak etdilər. Rayon İncəsənt kollektivləri müxtəlif bayram proqramları təqdim etdilər.Tədbirin sonunda atəşfəşanlıq oldu.

  • Vətən müharibəsi şəhidlərinin övladları ...

    Vətən müharibəsi şəhidlərinin övladları üçün “Ətrin gəlir Xarıbülbül” adlı poetik xalq tamaşası təqdim olunub.

    2021-11-08

    Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Dram Teatrının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin övladları üçün “Ətrin gəlir Xarıbülbül” adlı poetik xalq tamaşası təqdim olunub. Tamaşadan sonra nağıl qəhrəmanları və şən klounların iştirakı ilə musiqili-əyləncəli proqram təşkil edilib. Əyləncəli proqram şəhid övladlarının sevincinə səbəb olub.

  • Füzuli rayonunda 8 Noyabr - Zəfər Gününə hə...

    Füzuli rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

    2021-11-06

    Füzuli rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etməkdədir. Növbəti tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.Tədirdə məktəblilərin əl işlərindən ibarət “Zəfər Günü” adlı sərgiyə baxış keçirilib, Vətən müharibəsi şəhidlərinin fotolarından təşkil edilmiş guşələrlə tanışlıq olub.Daha sonra Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim edilib. Füzuli rayon 26 saylı tam orta məktəbin şagirdlərinin “Zəfər yolları” adlı kompozisiyası da maraqla qarşılanıb.

  • Füzuli məktəbliləri “Qarabağ Azərbaycandı...

    Füzuli məktəbliləri “Qarabağ Azərbaycandır!” şüarı ilə yürüş ediblər

    2021-11-06

    Füzuli rayonunun təhsil ocaqlarında Zəfər Gününə həsr edilən “Zəfərin mübarək Azərbaycan” adlı silsilə tədbirlər keçirilib. Növbəti belə tədbirdə məktəblilər “Qarabağ Azərbaycandır!” şüarı ilə yürüş ediblər, həmçinin şəhid ailələri və qazilər məktəblərə dəvət olunur, görüşlər keçirilir. Məktəblilərin çəkdikləri rəsmlər və əl işləri nümayiş olunur, müəllim və şagirdlər şəhidlərimizin məzarlarını ziyarət edirlər.

  • 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Ke...

    8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Keçən günlər müqəddəs bir xatirədir” adlı tədbir keçirildi

    2021-11-03

    Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində növbəti tədbir keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşan “Keçən günlər müqəddəs bir xatirədir” adlı tədbirdə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə, həmçinin Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin fotoları nümayiş olunub. Sonra Hərbi Qənimətlər Parkından görüntülər izlənib, 59 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı “Zəfər bizimdir” adlı kompozisiya təqdim edilib.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər

    2021-10-26

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər

  • Azərbaycan və Türkiyə prezidentləri Horadiz-C...

    Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar

    2021-10-26

    Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

    2021-10-18

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

  • 27 sentyabr-Anım günü

    27 sentyabr-Anım günü

    2021-09-27

    "Şəhidlər" abidə kompleksində 27 sentyabr Anım günü ilə əlaqədar tədbir keçirildi

  • İlham Əliyev və birinci xanım Mehriban Əliyev...

    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olublar

    2021-08-30

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

  • Şükürbəyli kəndində içməli su təchizatı ...

    Şükürbəyli kəndində içməli su təchizatı yaxşılaşdırılb

    2021-07-16

    “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu” tərəfindən Füzuli rayonu Şükürbəyli kəndində içməli su təchizatının yaxşılaşdırılması üçün 1 artezian quyusu qazılmış və 1 transformator, 1 “tap-stand”, 5 su paylama nöqtəsi və 1 su çəni inşa edilmişdir. Layihənin başa çatdırılması münasibəti ilə Yaponiyanın Azərbaycandakı səfiri cənab Vada Cüniçi Füzuli RİH-də olmuş, Şükürbəyli kəndində görülmüş işlərə baxış keçirmişdir.

  • Azərbaycan Polisi Günü qeyd edildi.

    Azərbaycan Polisi Günü qeyd edildi.

    2021-07-02

    Azərbaycan Polisi Günü münasibətilə Füzuli rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyevin və hüquq mühafizə orqanlarının iştirakı ilə tədbir keçirildi. Tədbirdə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.

  • 26 iyun Silahlı Qüvvələr günüdür

    26 iyun Silahlı Qüvvələr günüdür

    2021-06-26

    Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibəti ilə əlaqədar tədbir keçirildi. Tədbirdə RİH-nin başçısı Alı Alıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndləri və hərbiçilər iştirak etdi.

  • Vətən müharibəsi iştirakçılarına və şəh...

    Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə medallar təqdim olundu

    2021-06-26

    Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə təltif etdiyi bir qurup hərbi qulluqçulara və vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinə medallar təqdim olundu.

  • Hədiyyə Karvanı Yollarda-Azərbaycan

    Hədiyyə Karvanı Yollarda-Azərbaycan

    2021-06-07

    “Hədiyyə Karvanı Yollarda-Azərbaycan” layihəsi çərçivəsində Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyası rəhbərinin müavini Salim İsot və layihənin digər iştiakçıları bu gün Füzuli rayonunda oldular, şəhid və qazi uşaqlarına müxtəlif oyuncaqlar və stolüstü oyunlar təqdim etdilər.

  • Horadizdə ağacəkmə aksiyası keçirilib

    Horadizdə ağacəkmə aksiyası keçirilib

    2021-05-11

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Horadiz şəhərində ağacəkmə aksiyası keçirilib. Tədbirdə əmək kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 9...

    Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür

    2021-05-10

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Füzuli rayonun da qeyd edildi. İlk öncə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli Rayon Təşkilatının sədri, rayon hüquq-mühafizə orqan rəhbərləri və rayon Ağsaqqallar Şurasının sədri Horadiz şəhərində yerləşən Heydər Əliyev parkında ucaldılmış ulu öndərin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar. Daha sonra idarə, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri ilə mövcud karantin tələblərinə uyğun qaydada tədbir davam etdirilmişdir.

  • Şəhid məzarları ziyarət edildi

    Şəhid məzarları ziyarət edildi

    2021-05-08

    Şəhid məzarları ziyarət edildi

  • Füzulidə “Qazandığımız Zəfər ulu öndər...

    Füzulidə “Qazandığımız Zəfər ulu öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsidir” adlı inşa-yazı müsabiqəsi keçirilib

    2021-05-07

    Füzulidə “Qazandığımız Zəfər ulu öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsidir” adlı inşa-yazı müsabiqəsi keçirilib

  • Səyyar ASAN xidmət Füzuli rayonunda

    Səyyar ASAN xidmət Füzuli rayonunda

    2021-05-04

    Səyyar ASAN xidməti 03-21 may 2021-ci il tarixdə Horadiz şəhərində Muğam mərkəzi ərazisində rayon əhalisinə xidmət göstərəcək.

  • Füzuli rayonunda irimiqyaslı layihələrin icras...

    Füzuli rayonunda irimiqyaslı layihələrin icrası uğurla davam etdirilir.

    2021-05-03

    Füzuli rayonunda irimiqyaslı layihələrin icrası uğurla davam etdirilir.

  • Dənli və texniki bitkilərin yığımı dövrün...

    Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları

    2021-04-21

    Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları

  • Füzuli rayonunda vaksinasiya prosesi davam edir

    Füzuli rayonunda vaksinasiya prosesi davam edir

    2021-04-07

    Füzuli rayonunda COVİD-19 pandemiyasına qarşı əhalinin vaksinasiyası uğurla davam etdirilir. Artıq 40 yaşdan yuxarı olan əhali qrupunun vaksinləşməsinə başlanmışdır. Bu gün RİH-nin başçısının müavini Vüqar Teymurov peyvənd olunmuşdur.