Füzuli rayonunun təhsil ocaqlarında Zəfər Gününə həsr edilən “Zəfərin mübarək Azərbaycan” adlı silsilə tədbirlər keçirilib. Növbəti belə tədbirdə məktəblilər “Qarabağ Azərbaycandır!” şüarı ilə yürüş ediblər, həmçinin şəhid ailələri və qazilər məktəblərə dəvət olunur, görüşlər keçirilir. Məktəblilərin çəkdikləri rəsmlər və əl işləri nümayiş olunur, müəllim və şagirdlər şəhidlərimizin məzarlarını ziyarət edirlər.
Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində növbəti tədbir keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşan “Keçən günlər müqəddəs bir xatirədir” adlı tədbirdə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə, həmçinin Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin fotoları nümayiş olunub. Sonra Hərbi Qənimətlər Parkından görüntülər izlənib, 59 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı “Zəfər bizimdir” adlı kompozisiya təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər
Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.
"Şəhidlər" abidə kompleksində 27 sentyabr Anım günü ilə əlaqədar tədbir keçirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu” tərəfindən Füzuli rayonu Şükürbəyli kəndində içməli su təchizatının yaxşılaşdırılması üçün 1 artezian quyusu qazılmış və 1 transformator, 1 “tap-stand”, 5 su paylama nöqtəsi və 1 su çəni inşa edilmişdir. Layihənin başa çatdırılması münasibəti ilə Yaponiyanın Azərbaycandakı səfiri cənab Vada Cüniçi Füzuli RİH-də olmuş, Şükürbəyli kəndində görülmüş işlərə baxış keçirmişdir.
Azərbaycan Polisi Günü münasibətilə Füzuli rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyevin və hüquq mühafizə orqanlarının iştirakı ilə tədbir keçirildi. Tədbirdə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.
Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibəti ilə əlaqədar tədbir keçirildi. Tədbirdə RİH-nin başçısı Alı Alıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndləri və hərbiçilər iştirak etdi.
Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə təltif etdiyi bir qurup hərbi qulluqçulara və vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinə medallar təqdim olundu.
“Hədiyyə Karvanı Yollarda-Azərbaycan” layihəsi çərçivəsində Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyası rəhbərinin müavini Salim İsot və layihənin digər iştiakçıları bu gün Füzuli rayonunda oldular, şəhid və qazi uşaqlarına müxtəlif oyuncaqlar və stolüstü oyunlar təqdim etdilər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Horadiz şəhərində ağacəkmə aksiyası keçirilib. Tədbirdə əmək kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Füzuli rayonun da qeyd edildi. İlk öncə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli Rayon Təşkilatının sədri, rayon hüquq-mühafizə orqan rəhbərləri və rayon Ağsaqqallar Şurasının sədri Horadiz şəhərində yerləşən Heydər Əliyev parkında ucaldılmış ulu öndərin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar. Daha sonra idarə, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri ilə mövcud karantin tələblərinə uyğun qaydada tədbir davam etdirilmişdir.
Şəhid məzarları ziyarət edildi
Füzulidə “Qazandığımız Zəfər ulu öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsidir” adlı inşa-yazı müsabiqəsi keçirilib
Səyyar ASAN xidməti 03-21 may 2021-ci il tarixdə Horadiz şəhərində Muğam mərkəzi ərazisində rayon əhalisinə xidmət göstərəcək.
Füzuli rayonunda irimiqyaslı layihələrin icrası uğurla davam etdirilir.
Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları
Füzuli rayonunda COVİD-19 pandemiyasına qarşı əhalinin vaksinasiyası uğurla davam etdirilir. Artıq 40 yaşdan yuxarı olan əhali qrupunun vaksinləşməsinə başlanmışdır. Bu gün RİH-nin başçısının müavini Vüqar Teymurov peyvənd olunmuşdur.
Dörd günlük Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə və böyük Zəfərə aparan yolun başlanğıcı oldu.
31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.
Bu gün Xocalı faciəsinin 29-cu ildönümüdür
Füzuli rayonunda Heydər Əliyev Fondu tərəfindən daha üç körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Dövlət başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu