Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisin bir qurup deputatı Alıxanlıda oldu.

13 iyul 2017 | 16:00

Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri, ATƏT  PA-da  Azərbaycan nümayəndə heyətinin rəhbəri xanım Bahar Muradova, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvu Azay Quliyev və Milli Məclisin deputatları, ATƏT  Parlament Assambleyasında Azərbaycan nümayəndə üzvləri Tahir Mirkişili, Kamran Nəbizadə, Elşad Həsənov, Ülviyyə Ağayeva rayonun Alıxanlı kəndinə ermənistan silahlı qüvvələri tərəfindən atılan minaatan mərmisi partlaması nəticəsində vəfat etmiş Allahverdiyeva Sahibə İdris qızı, onun nəvəsi Quliyeva Zəhra Elnur qızının  məzarlarını ziyarət edib ailə üzvləri ilə görüşdü.

Keçidlər