Horadiz şəhəri “Qəhrəmanlar” parkında “20 yanvar” - ümumxalq hüzn günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon rəhbərliyi, hüquq mühafizə orqanları, şəhid ailələri, ərazidə xidmət edən hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbulu 10 saylı Qayıdış qəsəbəsində keçirildi. Qəbul zamanı müraciət edən vətəndaşlar dinlənildi və qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verildi.
Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Horadiz qəsəbəsi daxil olmaqla rayonun 22 yaşayış məntəqəsinin ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi günü münasibəti ilə tədbir keçirildi.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə rayon rəhbərliyi, Hüquq mühafizə orqanları, ictimaiyyət nümayəndələri, ərazidə xidmət edən hərbi qulluqçular iştirak etdi.
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubleyi ilə əlaqədar ağacəkmə aksiyası keçiriləcək. Aksiyada 5000 ağac əkiləcək.
Füzuli rayonundan “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilər Horadiz şəhərindən Lənkaran-Masallı-Astara istiqamətində yola salındı. Tədbirdə RİH-nin başçısı Alı Alıyev iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbulu Babı kəndində keçirildi. Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev iştirak etdi. Qəbul zamanı müraciət edən şəxslər dinlənildi və aidiyyəti üzrə tapşırıqlar verildi.
Horadiz şəhərində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Füzuli, Beyləqan, İmişli rayonlarının ərazi ilk partiya təşkilatları ilə görüşü keçirildi. Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova və rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iştirak etdi.
04 oktyabr 2019-cu il tarixdən 18 oktyabradək səyyar ASAN xidməti Horadiz şəhərində əhaliyə xidmət edəcəkdir.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbulu Horadiz şəhərində keçirildi. Səyyar qəbulda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev iştirak etdi. Görüş zamanı müraciət edən vətəndaşlar dinlənildi və qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıqlar verildi.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Kürdəmir rayonunda məskunlaşıb yaşayan, Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Qəbul zamanı müraciət edən şəxslər dinlənildi və aidiyyəti üzrə tapşırıqlar verildi.
Rayonda məmur–vətəndaş münasibətlərinə həsr olunan ümumrayon müşavirəsi keçirildi. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Ağcəbədi rayonunda yaşayan, Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Qəbul zamanı müraciət edən şəxslər dinlənildi və aidiyyəti üzrə tapşırıqlar verildi.
RİH-nin başçısı Alı Alıyev Füzuli rayonundan ali məktəblərə qəbul olmuş tələbələrlə görüşdü. Tələbə adını qazanmış şagirdləri təbrik edərək onlara təhsildə uğurlar arzu etdi. Tələbələrə hədiyyələr və pul mükafatları təqdim olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Beyləqan rayonunda yaşayan, Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Müraciət edən şəxslər dinlənildi və aidiyyəti üzrə tapşırıqlar verildi.
Rayonun 1993-cü il 23 avqust tarixdə ermənistan silahlı qüvvləri tərəfindən işğal edilməsi günü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə rayon rəhbərliyi, Hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, ərazidə xidmət edən hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
22.08.2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Araz Dilağarda kəndində sakinləri qəbul etdi. Qəbul zamanı müraciət edən şəxslər dinlənildi və qaldırılan məsələlərin həlli üçün lazımi tapşırıqlar verildi.
07.08.2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Beşinci Zobucuq qəsəbəsində sakinləri qəbul etdi. Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev iştirak etdi. Qəbul zamanı müraciət edən şəxslər dinlənildi və aidiyyəti üzrə tapşırıqlar verildi.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsi Mərkəzi Gömrük Hospitalının tibb heyəti 2-3 iyun 2019-cu il tarixlərdə Horadiz şəhərində əsasən ürək qüsurlu uşaqların müayinəsi və müalicəsi aksiyasını həyata keçirdi.
Füzuli Dövlət Dram teatrında "28 may Respublika günü" münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayon rəhbərliyi və ictimaiyyət nümatəndələri iştirak etdi.
Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə "Telnar" şadlıq sarayında iftar süfrəsi açıldı. Tədbirə şəhid ailələri, müharibə əlilləri və ictimaiyyət nümayəndələri dəvət olundu.
Horadiz şəhər Muğam Mərkəzində hərbi vətənpərvərlik işinin gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədov haqqında “Qartal yuvası” adlı sənədli film nümayiş etdirildi.
27 may 2019-cu il tarixdən 25 iyunadək səyyar ASAN xidməti Horadiz şəhərində əhaliyə xidmət edəcəkdir.
RİH-nın başçısı Alı Alıyev Horadiz şəhərində səyyar qəbul keçirdi. Qəbulda şəhər sakinlərinin müraciətləri dinlənildi. Bəzi məsələlər yerində həll edildi, digər müraciətlərlə əlaqədar aidiyyəti təşkilatlara tapşırıqlar verildi.
17.05.2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Birinci Mahmudlu kəndində sakinləri qəbul etdi. Qəbul zamanı müraciət edən şəxslər dinlənildi və aidiyyəti üzrə tapşırıqlar verildi.