Şriftin ölçüsü :

Saytın rəngi :

YADDAŞLARDA YAŞAYAN LİDER

22 may 2020 | 16:00

                             

Füzuli  Rayon  İcra  Hakimiyyəti  və Rayon Təhsil  Şöbəsinin  birgə  təşəbbüsü  ilə rayon  məktəbliləri  arasında  Ulu  Öndər  Heydər  Əliyevin  anadan  olmasının  97-ci  ildönümünə  həsr  olunmuş   “Yaddaşlarda  yaşayan  Lider”  mövzusunda  onlayn   inşa- yazı  müsabiqəsinə  yekun  vurulub.  Müsabiqəyə  IX- XI  sinif  şagirdləri  olmaqla  45  məktəbli  qatılıb. Onlayn  formatda  keçirilən  müsabiqənin  qalibləri  artıq müəyyənləşdirilib. Füzuli  rayonu  Allahyar  Əliyev  adına  Böyük Bəhmənli  kənd  2№ li tam  orta  məktəbin   X sinif  şagirdi  Ələkbərova  Təranə  Suliddin  qızı, Ramil Əkbərov  adına  Kürdmahmudlu  kənd  tam  orta məktəbin IX sinif  şagirdi  Abdullazadə  Turanə  Cəmiyyət  qızı,  Araz  Dilağarda  kənd  tam  orta  məktəbin  XI  sinif  şagirdi  Səfərova  Aysun  Fərman  qızı  məktəblilər  arasında  qalib  elan  edildilər.  Qaliblərə   rayon  rəhbərliyi   tərəfindən  Fəxri  fərmanlar  təqdim  olundu.
 

Keçidlər