Şriftin ölçüsü :

Saytın rəngi :

Füzulidə “Qazandığımız Zəfər ulu öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsidir” adlı inşa-yazı müsabiqəsi keçirilib

07 may 2021 | 16:00

Füzuli rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qazandığımız Zəfər ulu öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsidir” adlı inşa-yazı müsabiqəsi keçirilib.

Rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə reallaşan müsabiqədə rayon məktəblərindən 24 nəfər 11-ci sinif şagirdi iştirak edib.

Artıq müsabiqəyə yekun vurulub və qaliblər müəyyənləşib. Füzuli rayon 9 nömrəli tam orta məktəbin XI sinif şagirdi Allahverdiyeva Xədicə Mahir qızı I yerə, Füzuli rayon 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi İsmayılzadə Abdulla Altay oğlu II yerə, Əhmədbəyli kənd tam orta məktəbin XI sinif şagirdi Bağırov Kənan Əbdürrəhim oğlu isə III yerə layiq görülüb.

Qaliblər rayon rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.

Keçidlər