Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Keçən günlər müqəddəs bir xatirədir” adlı tədbir keçirildi

03 noyabr 2021 | 16:00

Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində növbəti tədbir keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşan “Keçən günlər müqəddəs bir xatirədir” adlı tədbirdə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə, həmçinin Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin fotoları nümayiş olunub. Sonra Hərbi Qənimətlər Parkından görüntülər izlənib, 59 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı “Zəfər bizimdir” adlı kompozisiya təqdim edilib.

Keçidlər