Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

Rayon ərazisində Füzuli rayon Mədəniyyət evi, Horadiz şəhər Mədəniyyət evi, 14 kənd mədəniyyət evi, 8 klub müəssisəsi fəaliyyət göstərir. Adları göstərilən  mədəniyyət müəsisələri   dövrə, zamana uyğun olaraq ədəbi-bədii gecələr, kompozisiyalar və konsert proqramları ilə həm əhalinin, həm də, təmas xəttində yerləşən hərbi hissələrdə maraqlı çıxışlar etmişdir. Onlardan “Kosa bir oyun eylər”, “Vahid Əlifoğlu xatirələrdə”, “Biz sizdən öyrəndik qəhrəmanlığı”, “Ordum varsa, yurdum var”, “Qaytar Vətən borcunu”, “Cənnətə dönmüsən indi, Horadiz”, “Tarix yaradan Lider”,”Üfiqlərdən günəş doğdu həmin gün”, “Tükənməzdir ordumuzn qüdrəti”,  “Qonşumuz xınalı bir erkək kəsdi”, ”Dalğalansın bayrağım, azad olsun torpağım”,”Ölkəmizi tanıyaq”,   ”Yeni ilə yeni arzularla” və s.adlı rəngarəng proqramları göstərmək olar .Bunlarla yanaşı Rayon Mədəniyyət evi  müstəqillik günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir “  adlı  poeziya müsabiqəsi elan etmişdir. Müsabiqədə rayon mədəniyyət evi daxil olmaqla 24  müəssisədən 63  nəfər məktəbli iştirak etmişdir.Müsabiqənin qalibləri  və fəxri yer tutanlar Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanları ilə təltif olunmuşlar.

Yay mövsümində  Füzuli rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hər həftənin  bazar günləri  rayonun müxtəlif kənd və qəsəbələrində  əhalinin asudə vatını səmərəli təşkil etmək üçün  konsert proqramları təşkil edilir. Rayon Mədəniyyət evi nəznində   fəaliyyət göstərən bədii öz kollektivinin “Ər günəş”  ansamblının   bayram günlərində hərbi hissədə düşmənlə üzbəüz dayanan hərbiçilər qarşısında çıxışlar edir.
Rayon Mədəniyyət evinin nəznində  Xalq Teatrı  fəaliyyət göstərir.Həmin xalq teatrı  klassik dramaturqlardan  Cəlil Məmmədqulizadənin, N.B.Vəzirovun, C.Cabbaərlının, müasir dramaturqlardan Xalq yazııçısı İ.Əfəndiyevin , Anarın, İ.Məlikzadənin və s əsərlərinə səhnə həyatı verilmişdir.Həmin əsərlərdə son illərdə N.B.Vəzirovun  “Ev tərbiyəsinin bir şəkli” Ə.Haqverdiyevin “Bomba” , xalq  yazıçısı İ.Əfəndiyevin 100 illiyi ilə əlaqədar  bir neçə dram əsərindən kiçik parçalar şəklində kompozisiya hazırlanmışdır. Görülmüş bu tədbirlər Azərbaycan  Dövlət televiziyası və  digər yerli televiziya kanalları  vasitəsi ilə işıqlandırılmışdır . Mədəniyyət, bütöv Azərbaycan , Ədalət qəzetlərində dərc olunaraq ictimaiyyətə çatdırılmışdır.
Kərimbəyli kənd mədəniyyət evinin  bədii öz fəaliyyət  kollektivinin “Araz” ansamblı , Aşağı Alıxanlı kənd klubunun bədii öz fəaliyyət  kollektivinin “Qarabağ “, Qarabağ kənd mədəniyyət evinin  bədii öz fəaliyyət  kollektivinin “Çinar “ ansamblının  və s mədəniyyət evləri  və klubların da bədii öz fəaliyyət  kollektivlərinin  işini davam etdirir.
2015-ci ildə Rayon mədəniyyət evində məktəbli şagirdlərin əl işlərindən ibarət 20 Yanvar və Xocalı faciəsinə həsr olunmuş “20 Yanvar- uşaqların gözü ilə”, ”Yaddaşlardan siliməyən faciə” rəsm sərgilər təşkil edilmişdir.Digər müəsisələrdə də müxtəlif tədbir növləri təşkil edilmişdir.

 

 

Keçidlər