Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

Rayon icra hakimiyyətində vətəndaşlar tərəfindən ünvanlanan müraciətlər vaxtında araşdırılır, məsələlərin həlli  üçün  lazımi tapşırıqlar verililr və vətəndaşa müraciəti ilə bağlı cavab ünvanlanır. Bundan başqa RİH başçısı hər ay rayonun bir neçə  müxtəlif yaşayış məntəqələrində səyyar qəbullar keçirir. Qəbullarda müraciətlərə baxılır. Bəzi məsələlər yerindəcə həllini tapır digər qaldırılan məsələlərin həli nəzarətə götürülür, həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə daim diqqət və qayğı göstərilir. Bayram günlərində həmin ailələrlə görüş keçirilir və onlara bayram sovqatı çatdırılır. Eyni zamanda RİH başçısı məcburi köçkün kimi  respublikanın digər şəhər və rayonlarında məskunlaşıb yaşayan əhali ilə daimi görüşür onlara lazımı köməklik göstərilir problemlərin həlli istiqamətində daimi işlər aparılır. Rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda  bayram tədbirləri və müxtəlif digər tədbirlər keçirlir. Son 5 ildə   sürətli quruculuq və abadlıq işləri aparılır. Ərazidə  80 mindən çox  ağac və gül kolları əkilmişdir. Ərazidə daimi olaraq təmizlik və abadlıq işləri nəzarətdədir. İşğal zamanı  yandırılmış dağıdılmış küçələrdə yüksək səviyyədə bərpa işləri aparılır. Rayonda kənd təsərrüfatının dahada inkişaf etdirlməsi üçün tədbirlər görülür  fermerlərə, əkinçilərə lazımi şərait yaradılır. Pambıq və barama istehsalının inkişafı istiqamətində ardıcıl işlər həyata keçirilir. Üçüncü Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsullarının satışı üçün yeni ticarət mərkəzi tiklir. Rayonun bütün yaşayış məntəqələri tam qazlaşdırılmışdır. İşğal zamanı yandırılmış və dağıdılmış evlərin bərpası davam etdirilir. Rayon İcra Hakimiyyəti  tərəfindən son illər  bir çox yeni sosial obyektlər, təhsil müəssisələri istifadəyə verilmişdir.

Son  6 ildə rayonda istifadəyə verilən obyektlər:

“Heydər Əliyev Parkı”,  “Heydər Əliyev Mərkəzi”, “Bayraq Meydanı” Şahmat məktəbi, Horadiz şəhər Mədəniyyət sarayı, “Qəhrəmanlar Parkı”,  Horadiz şəhər Körpələr evi-uşaq bağçası, Horadiz şəhər 3 saylı tam orta məktəb, Tarix-diyarşünaslıq muzeyi, YAP Füzuli rayon təşkilatının binası, Gənclər Mərkəzi, Boulinq Zalı,  Azərxalça Füzuli filialı, quş əti istehsalı ilə məşqul olan “Qarabağ Broyler MMC”, 5000 ton tutumu olan Soyuducu anbar kompleksi,  Rayon İcra Hakimiyyətinin inzibati binası, Əhmədbəyli kəndində 340 yerlik musiqi təmayüllü gimnaziya, Bala Bəhmənli kəndində 60 yerlik uşaq baxçası, Statistika idarəsinin inzibati binası, Rəsm qalereyası, Avtovağzal, Məcburi köçkünlər üçün yeni qəsəbə tikilib istifadəyə verilmişdir. Əhmədbəyli-İkinci Mahmudlu-Qarabağ-AşağıKürdmahmudlu-Alxanlı-Zobucuq, Araz Zərgər- Araz Dilağarda - Bala Bəhmənli, və Qarabağ- Böyük Bəhmənli- Arayatlı- Mirzənağılı avtomobil yoları, 1 saylı Qayıdış və 11 saylı Qayıdış qəsəbələrini birləşdirən yol əsaslı bərpa edilmişdir.

Keçidlər