Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

Elan

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq,  ölkədə könüllülük hərəkatını onlara yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.

 

Qeyd   edilən  vəzifələrin  icrasını   təmin  etmək  məqsədi  ilə  Füzuli  rayon  İcra
Hakimiyyəti Başçısı Aparatında “Dövlət Qulluğu” sahəsində gənclərin könüllü təcrübə keçməsi təşkil olunur. Rayonda gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi məqsədilə Füzuli rayon İcra Hakimiyyəti Başçısı 14 mart 2019-cu il tarixli 15 nömrəli Sərəncam imzalamışdır. Könüllü olaraq təcrübəyə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmmədova Ülkər Səməddin qızı könüllülərlə iş üzrə koordinator müəyyən edilmişdir. Füzuli rayon İcra Hakimiyyəti Başçısı Aparatında könüllülük fəaliyyətinə şəxslər 2 ay müddətinə qoşulur.

Gündəlik olaraq 2 nöbədə könüllülük fəaliyyəti təşkil olunur.
Növbələrin bölgüsü aşağıdakı kimidir:
• 09:00-13:00 – birinci növbə
• 14:00-18:00 – ikinci növbə  

Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətində qoşulur və öhdəliklərini uğurla başa
vuran gənclərə İcar Hakimiyyəti tərəfindən xüsusi sertifkatlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Təşkil olunan könüllülük fəaliyyətinə ali təhsili, 18-25 yaş arası gənclər müraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
• İntizamlıq;
• Ünsiyyətçilik;
• Operativlik;
• Kollektivdə işləmək bacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
• Kompüter bacarığı;
Qeyd: “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

Müraciət üçün:

Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (tərcümeyi-hal)  mail@fuzuli-ih.gov.az
e-poçtuna göndərə bilərlər.
Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.
Əlaqə nömrəsi: 026-315-52-54 
 

 

Keçidlər