Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması ilə əlaqədar üzvlüyə namizədlərin qəbulu elan edilir

13 iyul 2023 | 09:21

Füzuli Rayon İcra Hakimiyyəti  yanında İctimai Şuranın səlahiyyət müddəti 2023-cü ilin iyul ayı bitməsini nəzərə alaraq, quruma yeni seçkilər keçiriləcəkdir. Bu barədə Füzuli RİH-nin başçısı Alı Alıyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki komissiyası yaradılmışdır. 

Füzuli Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyətində üzv kimi iştirak etmək istəyən, təmsil etdikləri vətəndaş cəmiyyəti insitutları tərəfindən namizədlikləri irəli sürülən,  üzvlər barədə tələbləri ödəyən şəxslər qeydiyyatdan keçmək üçün RİH-də yaradılmış Seçki kommisiyasına müraciət edə bilərlər. Namizədlər tələb olunan sənədləri 17 iyul 2023-cü il tarixdən 17 avqust 2023-cü il tarixədək RİH-nin inzibati binasına gələrək təqdim edə və ya RİH-nin (mail@fuzuli-ih.gov.az) elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət etmək üçün tələb olunan sənədlər: 

- Namizədin ərizəsi; 

- Namizədin şəxsiyyət vəsiqəsinin surəti;

-Namizədin təmsil olunduğu vətəndaş cəmiyyəti institutunun qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarışının surəti;

- Müraciət etmiş vətəndaş cəmiyyəti institutunun İctimai Şurada təmsil olunmasını istədiyi nümayəndə barədə həmin və ya digər vətəndaş cəmiyyəti institutunda onun üzvlüyünü (rəsmi vəzifəsini) (əgər varsa) təsdiq edən sənəd və İctimai Şuraya rəsmi olaraq üzv qəbul edilməsini tövsiyə edən məktub; 

- Namizədin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının və digər təsdiqedici sənədlərin surəti).

İctimai Şuraya namizədliyini irəli sürmüş şəxsin qeydiyyatına Seçki komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və nəticəsi barədə müvafiq qərar qəbul edilərək məlumat veriləcəkdir.

 

Keçidlər