Şriftin ölçüsü :

Saytın rəngi :

İnformasiya təminatı və təhlil sektoru

 

   Füzuli Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr  2018-ci il

   tarixli 139 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir

 

  

Füzuli Rayon Hakimiyyəti başçısı Aparatının İnformasiya

 təminatı və təhlil sektorunun

 

Ə S A S N A M Ə S İ

 

1. Ümumi müddəalar

 

1.1.     Füzuli Rayon İcra Hakimiyyətinin (bundan sonra icra hakimiyyəti) Aparatın struktur bölməsi olan İnformasiya təminatı və təhlil  sektoru (bundan sonra - sektor)  müvafiq proqram təminatı üzrə məlumat cədvəllərinin tərtib edilməsi və müvafiq bazaya ötürülməsi sahəsində (bundan sonra  - müvafiq sahədə) təşkilati və nəzarət tədbirlərini həyata keçirir.

 

1.2.     Sektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarınını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni, Rayon İcra Hakimiyyəti başçısının (bundan sonra başçı) əmr və sərəncamları və bu Əsasnaməni  rəhbər tutur.

1.3.  Sektor öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Rayon İcra Hakimiyyəti başçısı Aparatının digər bölmələri və tabeliyindəki qurumları, eləcədə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidaretmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Sektorun fəaliyyət istiqamətləri

 

2.0.      Sektorun  fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1.  İcra Hakimiyyətlərində informasiya təminatı və təhlili işlərinin təkmilləşdirilməsi sahəsində  bu Əsasnamə ilə verilmiş səlahiyyətləri daxilində tədbirləri həyata keçirir;

2.0.2.  İcra Hakimiyyətlərində informasiya proseslərinin əlaqələndirilməsini, bu sahədə  təkliflərin hazırlanmasını, informasiya texnologiyaları və kommunikasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;

2.0.3.  Sektor fəaliyyətini İcra Hakimiyyətinin aidiyyəti struktur vahidləri və bölmələri, habelə digər yerli dövlət orqanları və təşkilatları ilə əlaqəli şəkildə qurur;

2.0.4. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Sektorun vəzifələri

3.0.     Sektor  bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1.  İcra Hakimiyyətlərində məlumat cədvəllərinin tərtib olunmasını, təhlil edilməsini, Prezident Administrasiyasının bazasına ötürülməsini və görülmüş işlər barədə hesabatın hazırlanmasını  təmin edir;

3.0.2.  İnformasiya təminatı və təhlil  sahəsində  təkmilləşdirmə məqsədilə yeni meyarların müəyyən edilməsi ilə  bağlı İcra başçısına təkliflər hazırlayır;

3.0.3. Müvafiq sahədə normativ tənzimləməni həyata keçirir, informasiya təminatı və təhlil ilə bağlı beynəlxalq  təcrübəni öyrənir və onun tətbiqi ilə bağlı təkliflər hazırlayır;

3.0.4. İnformasiya təminatı və təhlil sahəsi üzrə analoji olaraq müvafiq qurumlarla, digər struktur bölmələri və vahidləri arasında işi əlaqələndirir;

3.0.5.  İcra Hakimiyyətinin əhatə dairəsinə aid rayonun Sosial-iqtisadi inkişafında rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rolunu və onlarla koordinasiyalı  işi  təhlil edir və onların nəticəsi barədə başçıya təkliflər verir;

3.0.6. İnformasiya təminatı  və təhlil  işlərilə bağlı aidiyyəti məlumatların təqdim edilməsi  ilə məşğul olan müvafiq qurumlarla koordinasiyanı təmin edir;

3.0.7. İnformasiya təminatı və təhlil sahəsində mövcud normativ hüquqi aktların icrasına nəzarət edir, yeni metodik tövsiyyələri işləyib hazırlayır;

3.0.8.  Sektor əməkdaşlarının müasir informasiya təminatı və təhlili sahəsində müxtəlif  qurumlar tərəfindən təşkil edilmiş konfrans, seminar və digər  tədbirlərdə iştirakı barədə təkliflər hazırlayır;

3.0.9.  Qanunvericiliyə uyğun olaraq özündə dövlət sirrini ehtiva edən məlumatların qorunmasını təmin edir;

3.0.10.İcra Hakimiyyətlərində informasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görür;

3.0.11.Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4. Sektorun hüquqları

4.0.      Sektor  öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1.  İnformasiya təminatı və təhlili sahəsində keyfiyyətli işi təmin etmək məqsədi ilə proqram təminatının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

4.0.2.  Müvafiq sahəyə aid olan hüquqi aktların layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

4.0.3.  İnformasiya təminatı və təhlil ilə əlaqədar olaraq İcra Hakimiyyətinin şöbələrindən, habelə digər yerli orqanlardan əlavə məlumatlar almaq;

4.0.4. Fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə  monitorinq və tədqiqatlar aparmaq, təkliflər vermək;

4.0.5. Müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması  ilə bağlı  təkliflər vermək;

4.0.6. Öz səlahiyyətləri daxilində müvafiq araşdırmalar aparmaq;

4.0.7.  Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

 5. Sektorun fəaliyyətinin təşkili

5.1      Sektorun  işçilərinin sayı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən müəyyən edilir.

5.2.     Sektorun fəaliyyətinə “Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası Qanununa  müvafiq olaraq  başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir. Sektor müdiri sektora həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.2.   Sektorun digər vəzifəli şəxsi “Dövlət  qulluğu  haqqında” Azərbaycan  Respublikası Qanununa  müvafiq olaraq başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.  Sektor müdiri sektora həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3.  Sektor müdirinin başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən aparıcı məsləhətçisi vardır. Sektor müdirinin aparıcı məsləhətçisi sektor müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Sektor müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada aparıcı məsləhətçi və ya başçı tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

5.4.     Sektor müdiri:

5.4.1. Sektorun  fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2.  Tabeliyində olan vəzifəli şəxslər arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət edir;

5.4.3.  Sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin təsdiq edilməsini təmin edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət edir;

5.4.4.  Sektor  üzrə İcra Hakimiyyətinin Şura iclasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə  təkliflərini İcra Hakimiyyəti başçısına  təqdim edir;

5.4.5.  Sektorun vəzifəli şəxsləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün başçıya  təqdimatlar verir; 

5.4.6.  Sektorun vəzifələrini yerinə yetirmək üçün digər struktur vahidləri və ya bölmələrindən zəruri məlumat və sənədləri alır;

5.4.7.  Sektora daxil olan məktub, sorğu və təkliflərin baxılmasını, onların vaxtında və düzgün cavablandırılmasını təşkil  edir;

5.4.8.  Sektoru təmsil edir;

5.4.9. Sektorun funksional fəaliyyətə uyğun olaraq İcra Hakimiyyətini müxtəlif tədbirlərdə təmsil edir;

5.4.10.Sektorun inzibati vəzifə tutan dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.5.     Sektorun işçiləri bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

Keçidlər