Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

 

Bölgə inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılmış və ilkin adı Qarabulaq olmuşdur.   Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu  23 avqust 1993-cü  il tarixdə ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 05 yanvar 1994-cü ildə  Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu  nəticəsində rayonun  22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərdə  rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkindir.   6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir.   
Hazırda rayonda 45 inzibati ərazi dairəsi olmaqla 2 şəhər, 16 qəsəbə və 82 kənd yaşayış məntəqəsi vardır. Rayonda 21 bələdiyyə fəaliyyət göstərir

 Azərbaycan Respublikası Prezidentinin komandanlığı ilə Azərbaycan ordusu tərəfindən 27.09.2020-ci il tarixdən başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək şəhid olmuş, 300 nəfərədək yaralnmışdır.

Keçidlər