Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

Muradov Ziyad Muradxan oğlu

Muradov Ziyad Muradxan oğlu 1991-ci il fevralın 3-də Nərimanov rayonunda anadan olub. Vətən müharibəsi başlayan tarixdən Ziyad Füzuli, Xocəvənd istiqamətində döyüşlərdə igidliklə iştirak edib.  Ziyad Muradov oktyabrın 22-də Xocəvənd rayonun Hadrut qəsəbəsi döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarıı ilə təltif edildi.

 

Nüsrətli Ceyhun Aqil oğlu

Nüsrətli Ceyhun Aqil oğlu 8 aprel 1995-ci ildə Beyləqanda doğulub. Ceyhunun ailəsi Füzuli rayonunun Dilağarda kəndindəndir.  29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlər aldığı mərmi zərbələri nəticəsində şəhid olur. Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamına əsasən  " Vətən uğurunda" medalı ilə təltif olunu

 

 

Əliyev Elsəfa Səməd oğlu

Əliyev Elsəfa Səməd oğlu 1978-ci aprelin 28-də Füzuli rayonu Mahmudlu-2 kəndində anadan olub. Baş-əsgər, tankçı kimi 2020-ci il sentyabrın 27-də 2-ci Vətən müharibəsi başlanan gündən ön cəbhədə xidmət etmiş, oktyabrın 10-da  Füzuli, Cəbrayıl istiqamətində şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

Qubatov Tural Firəddin oğlu


Qubatov Tural Firəddin oğlu 4 iyul 1998-ci ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub. Tural Qubatov sentyabrın 28-də Füzuli, Cəbrayıl istiqamətində döyüş zamanı şəhid olub. Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamına əsasən  Tural (ölümündən sonra) " Vətən uğurunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medallarıı ilə təltif olunub.

 

 

Göyüşov Məzahir Niyaz oğlu

                                      

Göyüşov Məzahir Niyaz oğlu 03 iyul 1992-ci ildə Füzuli rayonu Mirzəcamallı kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli-Cəbrayıl istiqmətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib. 30 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.  Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallar ilə təltif olunub. 

 

 

Hacıyev Nicad Cahangir oğlu

                                                                                                     

Hacıyev Nicad Cahangir oğlu 25 may 1989-cu ildə  Füzuli şəhərində anadan olub. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələr tərəfindən Füzuli şəhəri işğal ediləndən sonra ailəsi ilə birgə Mingəçevir şəhərində yaşamağa başlayıb. Vətən müharibəsi başlayan tarixdən Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidliklə iştirak edib. 02 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən  “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

Rəhimov Elvin Ehtiram oğlu

                 

                            
Rəhimov Elvin Ehtiram oğlu 20 noyabr 1991-ci ildə Füzuli rayonu Zərgər kəndində anadan olmuşdu. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Elvin Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycanın Ordusu tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 04 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni,  "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

 

 

Məmmədov Rövlan Qurban oğlu

     

Məmmədov Rövlan Qurban oğlu 24 may 2001-ci ildə Bakı şəhərində məcburi köçkün anadan olmuşdur. Füzuli rayonu Qaraxanbəyli kənd sakinidir. Vətən müharibəsi başlayan tarixdən Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidliklə iştirak edib. 15 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin  sərəncamına əsasən "Azərbaycan Bayrağı"ordeni ,"Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif olunmuşdu.

 

 

 

Ağayev Elmir Rasim oğlu

                     
                            
Ağayev Elmir Rasim oğlu 19 may 1991-ci ildə Füzuli rayonu Horadiz kəndində anadan olmuşdu. Füzuli rayon N saylı hərbi hissədə Müddətdən artıq Həqiqi Hərbi Xidmət qulluqçu kimi fəaliyyət göstərib. Vətən Müharibəsində iştirak edib. 24 noyabr 2020-ci ildə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

Hüseynov Sənan Vidadi oğlu

                            
Hüseynov Sənan Vidadi oğlu 01 aprel 1996-cı ildə Qazaxıstanın Aktau şəhərində anadan olub. Füzuli rayonu Qacar kənd sakinidir. Vətən müharibəsi başlayan tarixdən Füzuli, Qubadlı, Şuşa uğurunda gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib. 07 noyabr 2020-ci ildə Şuşa uğurunda gedən döyüş əməliyyatlarında şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərancamına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", medalları ilə təltif olunub

 

 

 

Cəfərov Elnur Cəmiyyət oğlu


         
                                    
Cəfərov Elnur Cəmiyyət 28 avqust 1998-ci ildə İmişli rayonunun Cəfərli kəndində məcburi köçkün ailəsində anadan olub. Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kənd sakinidir. Vətən müharibəsi başlayan tarixdən Füzuli uğrunda gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib. 03 oktyabr 2020-ci ildə Füzuli uğurunda gedən döyüş əməliyyatlarında şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda" “Füzulinin azad olunmasına görə ”, “İgidliyə görə” medallar ilə təltif edilmişdir.

 

 

 

          İbrahimli Məhəmmədəli Mütəllim oğlu


                 
                                               
İbrahimli Məhəmmədəli Mütəllim oğlu 22 noyabr 1996-cı ildə Beyləqan rayonunda məcburi köçkün ailəsində anadan olub. Füzuli rayonu Cuvarlı kənd sakinidir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlanan tarixdən kəşfiyyatçı olan Məhəmmədəli Suqovuşan istiqamətində gedən döyüşlərdə igidliklə iştirak edib. 13 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərancamına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", medalları ilə təltif olunub

 

 

İsmayıllı Məhəmmədəli Elxan oğlu


                                                                                     
İsmayıllı Məhəmmədəli Elxan oğlu 06 may 1996-cı ildə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu Kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli-Xocəvənd istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib.  26 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Qaraməmmədli kənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “ Vətən uğrunda “, “Füzulinin azad olunmasına görə”, “ Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 

 

 

Qarayev Cavid Əmirxan oğlu

          
                                         
Qarayev Cavid Əmirxan oğlu 05 sentyabr 1984-ci ildə Füzuli rayonu Kərimbəyli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli-Xocəvənd istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib. 26 oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Füzulinin işğaldan azad olunmasına görə”, Vətən uğurunda”, “Xocəvəndin işğaldan azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

 

    Qardaşxanov Qismət Qərib oğlu


                                     
  Qardaşxanov Qismət Qərib oğlu 30 avqust 1993-cü ildə Füzuli rayonun Birinci Mahmudlu kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib. 05 oktyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin  sərəncamına əsasən "Vətən uğurunda", "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

 


                              Qasımov Hüseyn Kamil oğlu
                                   
Qasımov Hüseyn Kamil oğlu 13 May 1984-cü ildə Füzuli rayonu Qaraxanbəyli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli uğurunda gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib. 02 oktyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda” , "Hərbi xidmətə görə", “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif olunub.

 

 

 

 

                               Misirli Fərid Eldəniz oğlu


                                       
Misirli Fərid Eldəniz oğlu 01 yanvar 2001-ci ildə Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli-Cəbrayıl rayonları istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib.  08 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda” , " Cəbrayılın azad olunması uğrunda ", “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif olunub

 

 

 


                                            Paşayev  Elgün İlham oğlu


                                             
Paşayev Elgün İlham oğlu 04 mart 1994-cü ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Füzuli rayonu Zərgər kənd sakinidir. Vətən müharibəsi başlanan tarixdən Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib. 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

 

 

                                       Nəsirov Elmir Zülfü oğlu


                                       
Nəsirov Elmir Zülfü oğlu 13 iyul 1991-ci ildə Füzuli rayonu Əhmədbəyli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib. 27 sentyabr 2020-ci ildə Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

 

 

        Rzazadə Fərhad Mirzə oğlu


                                                                                                            
       Rzazadə Fərhad Mirzə oğlu 12 oktyabr 2001-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. Vətən müharibəsi başlanan tarixdən Füzuli-Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə igidliklə iştirak edib. 03 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu Daşkəsən kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif olunmuşdur.

         Fərəcov İlkin Sahib oğlu

                                                        
Fərəcov İlkin Sahib oğlu 13 aprel 1992-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli-Xocəvənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 16 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 

 

 


           Kazımov  Rəşad Nüsrət oğlu        

                          
                                                                                            
Kazımov Rəşad Nüsrət oğlu 21 dekabr 1989-cu ildə Füzuli rayon Bala Bəhmənli kəndində anadan olmuşdur. Vətən müharibəsi başlanan tarixdən Füzuli-Xocəvənd rayonları uğrunda gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 25 oktyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Füzulinin azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Şuşanın azad edilməsinə görə" və " Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 

    Gülmalıyev Pərviz Zaur oğlu

                                
Gülmalıyev Pərviz Zaur oğlu 10 may 1997-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. Vətən müharibəsi başlana tarixdən Füzuli, Xocəvənd, Şuşa uğrunda gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.  Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

         Babayev Fariz Zakir oğlu


                                   
Babayev Fariz Zakir oğlu 15 fevral 1984-cü ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Xocəvənd, Şuşa uğrunda gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 03 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad edilməsinə görə", "Şuşanın azad edilməsinə görə"  və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 

     Əliyev Şamil Xançoban oğlu

                                
Əliyev Şamil Xançoban oğlu 20 mart 1996-cı ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Xocəvənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib. 16 oktyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə"   "Şuşanın azad olunmasına görə"  medalları ilə təltif olunmuşdur.

 

 

Quliyev Emil Elşad oğlu

                         
        Quliyev Emil Elşad oğlu 14 fevral 2000-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. Vətən Müharibəsi zamanı Horadiz şəhərində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin mühafizəçi əməkdaşı olub. 04 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Horadiz şəhərini artireliya atəşinə tutması nəticəsində şəhid olmuşdur.

 

 

 

                               Əliyev Sehliman Rəhman oğlu
                            
Əliyev Sehliman Rəhman oğlu 17 aprel 1990-cı ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən " Füzulinin azad edilməsinə görə" və “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

 

Rəhimov Şamo Heydər oğlu


                           

 


Rəhimov Şamo Heydər oğlu 08 sentyabr 1982-ci ildə Füzuli rayon Kərimbəyli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 01 oktyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ''Vətən uğurunda'' və ''Füzulinin azad olunmasna görə'', ''Xocəvəndin azad olunmasna görə'' medalları ilə təltif olunub.

 

 

          Məmmədov İlkin Abdulla oğlu


                                 
Məmmədov ilkin Abdulla oğlu 26 noyabr 1990-cı ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Xocəvənd, Şuşa rayonları uğurunda gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 02 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “ Füzulinin azad olunmasına görə”, “ Xocavəndin azadolunmasına görə “, “Şuşanın azad olunmasına görə “,  “ İgidliyə görə”,  “ Vətən uğrunda” medalları ilə təltif edilib.

 


          Əliyev Nohəl Əlqəmə oğlu


                           
Əliyev  Nohəl Əlqəmə oğlu 13 avqust 1989-cu ildə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak edib. 03 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "İgidliyə görə", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

           Rzayev Nurlan Yusif oğlu

     
Rzayev Nurlan Yusif oğlu 23 may 1991-ci ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə igidliklə iştirak etmişdir. 18 oktyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunub.

 


       Sadıqov Səbuhi Rövşən oğlu


                                          
Sadıqov Səbuhi Rövşən oğlu 09 may 1996–ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Füzuli rayonu Ələsgərli kənd sakinidir. Vətən müharibəsi başlanan tarixdən  Füzuli, Cəbrayıl, Xocəvənd, Qubadlı, Laçın rayonları istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 05 noyabr 2020-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə  şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" "Vətən uğrunda" medalları ilə təltif edildi.

 

 

    Süleymanov Elçin Tehran oğlu

                            
     Süleymanov Elçin Tehran oğlu 29 noyabr 1991-ci ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli-Cəbrayıl rayonları uğurunda gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 30 sentyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə  şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən  "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

 

  Talıbov Məhəmməd Aydın oğlu

                                      
Talıbov Məhəmməd Aydın oğlu 10 mart 1996-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşdur. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Xocəvənd, Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 03 noyabr 2020-ci ildə Şuşa uğurunda gedən döyüş əməliyyatlarında şəhid olmuşdur.  Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

 

  Vəliyev Qoşqar Nuruş oğlu

                                 
Vəliyev Qoşqar Nuruş oğlu 12 aprel 1989-cı ildə Füzuli rayon Kərimbəyli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Xocəvənd, Cəbrayıl, Şuşa istiqamətlərində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 23 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən  Şuşa istiqamətində şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğurunda”, “Füzulinin işğaldan azad olunmasına görə”, “Xocəvəndin işğaldan azad olunmasına görə”, “Cəbrayılın işğaldan azad olunmasına görə” “Şuşanın işğaldan azad olunmasına görə”, medalları ilə təltif olunub.

 

 

                    Vəliyev Elmir Məmmədqulu oğlu


                           
Vəliyev Elmir Məmmədqulu oğlu 12 aprel 1986-cı ildə Füzuli rayon Kərimbəyli kəndində anadan olub. Vətən müharibəsi başlayan tarixdən Füzuli, Xocəvənd rayonları uğurunda gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 27 oktyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğurunda" və "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə"  medalları ilə təltif olunmuşdur

 

 

   Teymurlu Mirrahil Ramiz oğlu


                            
Teymurlu Mirrahil Ramiz oğlu 16 oktyabr 1991-ci ildə Füzuli rayonunun Birinci Mahmudlu kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüş əməliyyatlarında şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğurunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

 

 İbrahimov Bəhruz Fazil oğlu

                                    
İbrahimov Bəhruz Fazil oğlu 22 may 1983-cü ildə Füzuli rayonu Govşatlı kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 30 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə"  medalları ilə təltif edilib.

 

     Hacıyev Toğrul Rüfət oğlu


                                             
Hacıyev Toğrul Rüfət oğlu 24 dekabr 1996-cı ildə Bakı şəhərində anadan olub. Füzuli rayonu Aşağı Seyidəhmədli kənd sakinidir. Vətən müharibəsi başlanan tarixdən Füzuli istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğurunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

 

 

          Tarverdiyev Cabir Səmid oğlu


         
Tarverdiyev Cabir Səmid oğlu 1987-ci il fevral ayının 8-də Füzuli rayonu Araz Dilağarda kəndində anadan olmuşdur. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Xocəvənd, Cəbrayıl, Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 08 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

 


      Məmmədov Fikrət Sulduz oğlu


                                            
   Məmmədov Fikrət Sulduz oğlu  20 yanvar 1982-ci ildə  Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 28 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Əsədov Anar Rafiq oğlu 

                                          
             Əsədov Anar Rafiq oğlu 10 avqust 1982-ci ildə Füzuli rayon Kərimbəyli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 28 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
       

 

  Əhmədzadə Elməddin Uğur oğlu


                                          
        Əhmədzadə Elməddin Uğur oğlu 01 oktyabr 1994-cu ildə İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsində anadan olub. Füzuli rayon Qacar kənd sakinidir. Vətən müharibəsi başlanan tarixdən Füzuli rayonu istiqamətində gedən döyüşlərdə igidliklə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “ Cəsur döyüşçü”, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

 


     Qasımov Orxan Rizvan oğlu


                                           
        Qasımov Orxan Rizvan oğlu 21 yanvar 1996-cı Bakı şəhərində anadan olmuşdur. Füzuli rayonu Qacar kənd sakinidir. Vətən müharibəsi başlanan tarixdən  Füzuli rayonu istiqamətində gedən döyüşlərdə igidliklə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin işğaldan azad olunmasına görə"  medalları ilə təltif olunmuşdur.

   

 Cəfərov Şəmsi Mahir oğlu

                                            
Cəfərov Şəmsi Mahir oğlu 27 avqust 2001-ci ildə İmişli rayonu Boxçallar kəndində anadan olub.Füzuli rayonu Aşağı Veysəlli kənd sakinidir. Vətən müharibəsi başlanan tarixdən Tərtər rayon istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Tərtər rayonu Şıxarx kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən Uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur

 

           Hüseynov Sərhəd Fərhad oğlu


                                           
Hüseynov Sərhəd Fərhad oğlu 21 aprel 1996-cı ildə Füzuli rayonu Aşağı Yağlıvənd kəndində anadan olmuşdur. Vətən müharibəsi başlanan tarixdən Füzuli rayonu istiqamətində döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəsur döyüşçü” və " Vətən uğrunda " medalları ilə təltif olunmuşdur.

 

 Salmanov İsmayıl Rəhman oğlu

                                           
Salmanov İsmayıl Rəhman oğlu 17 may 1997-ci ildə Füzuli rayon Alıxanlı kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Cəbrayıl, Hadrut, Ərgünəş yüksəkliyi, Xocavənd və Füzuli rayonlarının azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb. 24 oktyabr 2020-ci ildə Füzuli rayonu İlanlı dağ uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

 

 

    Sadıqov Vüsal İsmayıl oğlu

                                     
  Sadıqov Vüsal İsmayıl oğlu  24 dekabr 1990-cı ildə Füzuli rayon Əhmədbəyli kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olmuşdur.  Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğurunda“, “Cəsur döyüşcü“, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

 

 


   Əlizadə Qurbani Ziyafəddin oğlu


                                           
Əlizadə Qurbani Ziyafəddin oğlu 11 iyun 1992-ci il tarixdə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində anadan olub. Vətən müharibəsi başlandığı ilk gündən Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə”  medalları ilə təltif olunub.

 

 

         Cəfərli Əli İsa oğlu


                                            
Cəfərli Əli İsa oğlu 29 avqust 2001-ci ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuşdur. Füzuli rayonunun Dövlətyarlı kənd sakinidir. Vətən müharibəsi başlanan tarixdən Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

                                   

Ağayev Ağamir Qüdrət oğlu


                                    
Ağayev Ağamir Qüdrət oğlu 14 iyul 1996-cı ildə Biləsuvar rayonunda məcburi köçkün ailəsində anadan olub. Füzuli rayonu Şükürbəyli kənd sakinidir. Vətən müharibəsi başlayan tarixdən Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 08 oktyabr Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.

 

   Əliyev Xəyal Saleh oğlu


                                   
Əliyev Xəyal Saleh oğlu 25 aprel 1999-cu ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məcburi köçkün ailəsində anadan olub. Füzuli rayonu Yağlıvənd kənd sakinidir. Vətən müharibəsi başlanan tarixdən Füzulinin azad olunmasında qəhrəmanlıqla iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

 

    Nəsirov Elçin Ramiz oğlu 


                                                    
Nəsirov Elçin Ramiz oğlu 13 yanvar 1988- ci ildə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Xocəvənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak etmişdir. 24 Oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndi uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Füzulinin və Xocavəndin azad edilməsinə görə" və "Vətən uğrunda" medallarıilətəltifedilmişdir.
         

                                             

Hüseynov Amil Rasim oğlu

 


Hüseynov Amil Rasim oğlu 16 avqust 1986-cı ildə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli və Xocəvənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 10 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin  sərəncamına əsasən "Füzulinin azad edilməsinə görə",  "Xocavəndin azad edilməsinə görə" “Cəbrayılın azad edilməsinə görə” “Şuşanın azad edilməsinə görə” və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 

                             
      Həmidov Elşən Məzahir oğlu


                                                         
Həmidov Elşən Məzahir oğlu  28 avqust 1979-cu ildə Füzuli rayonu Əhmədalılar kəndində anadan olmuşdur. 08 noyabr 2020-ci ildə Xocəvənd uğrunda gedən döyüşlərdə  şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğurunda” medalı ilə təltif olunmuşdur

 


   Əliyev  Rafael Oruc oğlu


                            
                
Əliyev Rəfael Oruc oğlu 4 may 1984- cü ildə Füzuli rayon Horadiz şəhərində anadan olmuşdur. Vətən müharibəsi başlanan tarixdən Füzuli rayon istiqamətində gedən döyüşlərdə igidliklə iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Füzulinin azad edilməsinə görə", "Xocəvəndin azad edilməsinə görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

  Əliyev Əli Ələsgər oğlu

                                  
Əliyev Əli Ələsgər oğlu 06 iyun 1996-cı ildə Füzuli rayon Asagi Yaglivənd kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən  Füzulinin, Hadrutun, Qubadlının, Cəbrayılın, Zəngilanın azad olması istiqamətlərində gedən döyüşlərdə igidliklə iştirak etmişdir. 02 noyabr 2020-ci ildə Şuşa şəhəri uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğurunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub

 

 

                                                                    Zamanov  Vüqar İsmayıl oğlu                                                                       

             

Zamanov Vüqar İsmayıl oğlu 10 mart 1995-ci ildə Horadiz şəhərində anadan olmuşdur. Vətən müharibəsi başlanan tarixdən Füzuli, Xocəvənd, Şuşa istiqamətlərində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 05 noyabr 2020-ci ildə Şuşa şəhəri uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.


             

  Baxşəliyev Araz Yavər oğlu


                       
Baxşəliyev Araz Yavər oğlu 18 sentyabr 1993-cü ildə Füzuli rayonu Horadiz şəhərində anadan olmuşdur. Vətən müharibəsi başlanan tarixdən Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir.  28 sentyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda" və "Füzulinin işğaldan azad olunmasına görə", "Xocəvəndin işğaldan azad olunmasına görə"  medalları ilə təltif olunub.

 


          Rüstəmov Zamin Səxavət oğlu


                                              
Rüstəmov Zamin Səxavət oğlu 17 oktyabr 2000- ci ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Cəbrayıl və Zəngilan rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 23 oktyabr 2020-cı ildə Zəngilan rayonu uğrunda döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən  "Zəngilanın azad edilməsinə görə " və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 

           Abbasov İlham Əli oğlu

                                          
Abbasov İlham Əli oğlu 13 mart 2000-ci ildə Biləsuvar rayonunda məcburi köçkün ailəsində anadan olub. Füzuli rayonununDilağarda kənd sakinidir. Vətən müharibəsi başlayan tarixdən Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 27 sentyabr 2020-ci ild Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Füzulinin azad edilməsinə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 

 

Qəhrəmanov Üzeyir Xəlil oğlu


                                          
Qəhrəmanov Üzeyir Xəlil oğlu 23 fevral 1969-cu ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Vətən müharibəsində yaralı əskərlərin və şəhidlərin çıxarılmasında  könüllü iştirak edib. 02 dekabr 2020-ci ildə Laçın rayonu Güləbird kəndi istiqamətində təciliyardım avtomobilində mina partlaması nəticəsində şəhid olmuşdur.

 

 

     Mehdiyev Paşa Etibar oğlu


                                                                           
Mehdiyev Paşa Etibar oglu 24 noyabr 1978-ci ildə Füzuli rayonu Dövlətyarlı kəndində anadan olmuşdur. Vətən müharibəsi başlayan tarixdən Füzuli rayonu istiqamətində döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə"  və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 

   Sadıqov Yaşar Füzuli oğlu

                                           
Sadıqov Yaşar Füzuli oğlu 10 avqust 1975-ci ildə  Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. Sadıqov Yaşar Füzuli oğlu Polkovnik-leytenant rütbəsi ilə N saylı briqadanın qərargah rəisi vəzifəsində xidmət edirdi.  Azərbaycan Ordusunun polkovnik- leytenantı 2020-ci il 27 sentyabr tarixində  erməni təxribatına qarşı Azərbaycan ordusu əks-həmlə hərəkatına başladıqda Yaşar Sadıqov Kəlbəcər istiqamətindən döyüşə başladı. O Murov, Gomuşdağ, Ömərdağ istiqamətindəki ərazilərin kəşfiyyat işinə rəhbərlik etmişdir. Həmin postların alınmasında Yaşar xüsusi igidlik göstərmişdir. 02 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən  “Kəlbəcərin azad edilməsinə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

 

 


      Hilalov Araz Elburus oğlu


                                          
Hilalov Araz Elbrus oğlu 01 aprel 1979- cu ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. Vətən müharibəsi başlayan tarixdən Cəbrayıl, Xocəvənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 05 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən  "Füzulinin  azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə" və Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
         

 

 

 


                      
        İsmayılov Nizaməddin İsmayıl oğlu


                                                                                 
İsmayılov Nizaməddin İsmayıl oğlu 1981-ci il yanvar ayının 10-da Füzuli rayon Bala Bəhmənli kəndində anadan olmuşdur. Vətən müharibəsi başlanan tarixdən Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 

 Zalov Fəqan Amil oğlu

                                        
Vətən müharibəsi qəhrəmanı Zalov Fəqan Amil oğlu 01 aprel 1997-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində məcburi köçkün ailəsində anad olub. Füzuli rayonunun Aşağı Güzlək kənd sakinidir. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  09 noyabr 2020-ci ildə Xocəvənd rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən müharibəsi Qəhrəmanı", "Cəbrayılın azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Qubadlının azad edilməsinə görə" və "Vətən uğurunda" medalları ilə təltif edilib.

 

   Cəmilli Şakir Arif oğlu

                        
Şəhid Cəmilli Şakir Arif oğlu 04.12.1992-ci ildə Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olub.  2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində böyük şücaətlə döyüşlərdə iştirak etmiş, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir.  Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Xocavənd, Zəngilan, Hadrut, Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. Cəmilli Şakir döyüş tapşırığını yerinə yetirərkən 24 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhid olmuşdur. Azərbaycan Respublikasının sərəncamına əsasən "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə”, "Cəbrayılın azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Qubadlının azad edilməsinə görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 

 

   Məmmədov Xəyal Xaliq oğlu


                            
Məmmədov Xəyal Xaliq oğlu 12 fevral 2001-ci ldə Sumqayıt şəhərində məcburi köçkün ailəsində anadan olmuşdur.  Füzuli rayonu Qərvənd kənd sakinidir. Vətən müharibəsi başlanan tarixdən Ağdərə, Murovdağ istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. 15 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu Qarğabazar istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən Uğrunda” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunmuşdur.

 

 

     Quliyev Elnur Eldar oğlu


                             
Mayor Quliyev Elnur Eldar oğlu 25 iyul 1984-cü ildə Füzuli şəhərində anadan olub. Vətən müharibəsi başlanan tarixdən Füzuli,Cəbrayıl rayonları istiqamətində gedən döyüş əməliyyatlarında igidliklə iştirak etmişdir. Elnur Quliyev Füzuli rayonu ərazisində olan "İlanlı" dağına Azərbaycan bayrağını sancan birinci hərbiçi olub. 02 oktyabr 2020-ci ildə Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Bayrağ ordeni”, “Vətən uğurunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub

 

 

 

 Quluzadə Elşən Qulu oğlu


                        
Quluzadə Elşən Qulu oğlu 20 oktyabr 1998-ci ildə Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də döyüşlər zamanı Hadrut istiqamətindəki döyüşlərdə ağır yaralanmışdır. Həkimlərin bütün səylərinə baxmayaraq, Elşən Quluzadə 2021-ci il yanvarın 21-də müalicə aldığı tibb müəssisəsində koma vəziyyətinin 100-cü günündə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən  "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 

 

             Rəşidzadə Səid Nofəl oğlu


                         
Rəşidzadə Səid Nofəl oğlu 28 Yanvar 1990-cı ildə Füzuli rayonunun Horadiz şəhərində anadan olub.  Vətən müharibəsi başlanan tarixdən Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Səid Rəşidzadə oktyabrın 11-də Xocəvənd rayonuistiqamətində gedən döyüşər zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən  3-cü dərəcəli  "Vətənə xidmətə görə" orden, "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
                    

 

 

 

             Məmmədov Vüsal Qüdrət oğlu


                            
Məmmədov Vüsal Qüdrət oğlu 03 iyun 1990-cı ildə Füzuli rayonu Musabəyli kəndində anadan olub.  27 sentyabr 2020-ci ildə baş verən Vətən müharibəsində Cəbrayıl, Qubadlı uğrunda gedən  döyüşlərdə xüsusi şücaətlik göstərmişdir, 12 oktyabr 2020-ci ildə şəhid olmuşdur.. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əasasən "Vətən uğurunda", "Füzulinin işğaldan azad olunması", "Cəbrayılın işğaldan azad olunması" medalları və "Qarabağ ordeni" ilə təltif olunub.

 

 

                     Baxışov İlqar Adışirin oğlu


                           
Baxışov İlqar Adışirin oğlu 21 noyabr 2000-ci ildə Füzuli rayonu Horadiz şəhərində anadan olmuşdur. İlqar Baxışov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində  fəal iştirak etmişdir. O, Tərtər rayon istiqamətində Suqovuşanın işğalçılardan azad olunması zamanı 15 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

 

 

                      Bədəlov Elmeddin Dəyanət oğlu


                           
Bədəlov Elmeddin Dəyanət oğlu 06 Mart 2000-cil ildə Füzuli rayonu Kərimbəyli kəndində anadan  olmuşdur. 27 aprel 2020-cu ildə Füzuli rayonunun da yerləşən N saylı hərbi hissədə kəşfiyyatçı-Snayper kimi xidmətə başlayır. Vətən müharibəsi başlayan gündən  Füzuli rayonunda döyüş əməliyyatlarında fəal iştirak edir. 29 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğurunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 


         Qurbanov Büsat Əfsər oğlu


                       
Qurbanov Busat Əfsər oğlu 10 sentyabr 2000-cı ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Busat Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tuşlayıcı olaraq iştirak etmişdir. 10 oktyabr 2020-ci ildə Füzuli döyüşlərində döyüş tapşırığını yerinə yetirəkən şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğurunda” və “Füzulinin azad olunmasına görə“ medalları ilə təltif olunub.

 


                        Məcidzadə Teymur Tehran oğlu


                        
Baş Leytenant Məcidzadə Teymur Tehran oğlu 10 oktyabr 1992-ci ildə Füzuli rayonu Gecəgözlü kəndində anadan olub.  Vətən müharibəsi başlanan tarixdən Füzuli, Hadrud, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda igidliklə iştirak etmişdir. 09 noyabr 2020-ci ildə Xocəvənd, Şuşa uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni,  “Vətən uğurunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

          


                                                            
                    Səfərov İxtiyar Əsdər oğlu


                                                                                                             
                                                                                  

  Səfərov  İxtiyar  Əjdər  oğlu  24.02.1971- ci  il  tarixdə  Füzuli  rayonu  Alıxanlı  kəndində  anadan  olmuşdur. 29.09.2020-ci  il  tarixdə  Alıxanlı  kəndində  özünə  məxsus  yaşayış  evinin  həyətinə  erməni  hərbiçilərini  atdığı  mərmi  partlayışı  nəticəsində şəhid  olmuşdur.

Keçidlər