Şriftin ölçüsü :

Saytın rəngi :

Füzulidə “ Əsgərə məktub” aksiyası davam edir.

28 avqust 2020 | 16:00

Füzuli könüllüləri ordumuza dəstək məqsədilə başlatdıqları “ Əsgərə məktub”  aksiyasını davam etdirirlər. Bu məqsədlə  xoş sözlər və vətənpərvərlik dolu məktublar “N” saylı hərbi hissənin əsgərlərinə ünvanlanıb. Könüllülərin başlatdığı bu vətənpərvər aksiyaya rayon məktəbliləri də qoşulublar. Belə ki, 48 № li tam orta məktəbin, 37№li ümumi orta məktəbin,2№ li tam orta məktəbin, 26№ li tam orta məktəbin, 27№li tam orta məktəbin,Horadiz şəhər 2№li tam orta məktəbin, Əhmədbəyli kənd tam orta məktəbin, Üçbulaq kənd tam orta məktəbin  şagirdləri əsgərlərimizə rəğbət və məhəbbət dolu məktublar ünvanlayıblar. Füzuli gənclərinin bu aksiyada fəal iştirakı, gənclərimizin ordumuza olan rəğbətinin, dəstəyinin və vətənpərvərlik hisslərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Keçidlər