Şriftin ölçüsü :

Saytın rəngi :

09 oktyabr Şəhid Ağayev Ağamir Qüdrət oğlunun Anım günü qeyd edildi

10 oktyabr 2024 | 11:45
09 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Ağayev Ağamir Qüdrət oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil işçiləri və məktəblilər, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Ağayev Ağamir Qüdrət oğlu 1996-cı ildə Biləsuvar rayonunda 2 saylı çadır şəhərciyində məcburi köçkün ailəsində dünyaya göz açıb. Çünki onun ailəsi hələ 1993-ci ildə erməni təcavüzü zamanı öz doğma torpaqları olan Füzuli rayonu Şükürbəyli kəndindən köçkün düşüb.1994-ci il Horadiz əməliyyatı zamanı azad edilən kəndlərdən biri Şükürbəyli olduğu üçün Ağamir və ailəsi 2001-ci ildən öz ata-baba yurduna dönüb. Yeniyetmə çağlarını Şükürbəylidə keçirən Ağamir düşmənlə təmas xəttində böyüyüb. Ağamir erməni faşizmi haqqında faktları öyrəndikcə düşmənə olan nifrəti birə-min artıb. Ağamir 2014-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Ordu sıralarında kəşfiyyatçı kimi xidmət edən Ağamir Aprel döyüşlərində də iştirak edib. Düşmən üzərində qazanılan zəfərdə Ağamirin də şücaəti olub. O, həqiqi hərbi xidməti layiqincə yerinə yetirdikdən sonra mülki həyatda çalışmağa başlayıb.
Ötən il sentyabrın 27-də ermənilər tərəfindən törədilən təxribat zamanı əks hücuma keçən ordu sıralarında xidmət etmək üçün Ağamir könüllü olaraq döyüşə yollanıb. Füzuli istiqamətində gedən döyüşlər zamanı bir çox uğurlu tapşırıqlarda Ağamir də ruh yüksəkliyi ilə iştirak edib. Oktyabrın 8-də Füzuli rayon Seyidəhmədli kəndi istiqamətində gedən gərgin döyüşlər zamanı Ağamir qəhrəmancasına döyüşərək şəhid olub. İndi Ağamirin məzarı nəinki ailəsi, həm də dostları, qohumları həmyerlilərinin and yerinə çevrilib.
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın qüdrətli ordusu düşmən təxribatının qarşısını aldı. 44 günlük Zəfər yürüşü zamanı xalq-ordu birliyi sayəsində və könüllü olaraq cəbhəyə yollanan Azərbaycanın qəhrəman oğulları 30 illik Vətən həsrətinə son qoydu. Şəhidlərimiz Azərbaycan tarixinin ən şanlı səhifəsində əbədi olaraq yaşayacaq və gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi olacaq.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Ağamir Ağayev ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" odeni, "Vətən uğrunda", "Cəsur döyüşcü, və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib. Subay idi.
Keçidlər