1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçiridi!
Horadiz şəhərində 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi. Tənbirin əvvəlində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, Abidə önünə tər çiçək dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Sonra Füzuli Dövlət Dram Teatırının akt zalında keçirilən tədbirdə əvvəlcə dövlət himni səsləndi və Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Rayon prokuroru Ramiz Əliyev çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, işlərində uğurlar arzuladı. Alı Alıyev bildirdi ki, ümummilli lider Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərindən etibarən prokurorluq orqanlarının fəaliyyəti təkmilləşdirilib, ədalət prinsipi təmin olunub. Prezident İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan prokurorluğu inkişafının növbəti mərhələsinə qədəm qoyub.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bir qrup prokurorluq əməkdaşına fəxri fərmanlar təqdim olundu.






