Şriftin ölçüsü :

Saytın rəngi :

10 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirildi!

10 mart 2023 | 17:39

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 10.03.2023-cü il tarixdə 10 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda Füzuli rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları və əlaqədar təşkilatların rəhbər şəxsləri iştirak etdilər.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bütün yaşayayış məntəqələrində vətəndaşlarla səyyar görüşlər keçirilir.
Səyyar qəbulda qəsəbə sakinləri dinlənildi, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edildi. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olundu, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verildi və nəzarətə götürüldü.

Keçidlər