11 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirildi!
27 fevral 2023 | 09:26
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 25 fevral 2023-cü il tarixdə 11 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda Füzuli rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları və əlaqədar təşkilatların rəhbər şəxsləri iştirak etdilər.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşlarının müraciətlərinə və problemlərinin həllinə daim xüsusi diqqətlə yanaşır.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verildi.