28.08.2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərə gəlmişdir.
28.08.2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərə gəlmişdir. Səfər zamanı respublika prezidenti rayon ictimaiyyəti ilə görüşmüş, yeni inşa olunan Horadiz tikiş fabrikinin, Əhmədalılar- Mollaməhərrəmli-Arayatlı- Babı kəndlərarası avtomobil yolunun, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş uşaq baxçasının və Tarixdiyarşünaslıq muzeyinin, açılışında iştirak etmiş, Rayon icra hakimiyyətinin yeni inzibati binasında, Heydər Əliyev Parkında , Bayraq meydanında yaradılan şəraitlə tanış olmuşdur. Daha sonra Horadiz şəhərində işğal zamanı yandırılmış və dağıdılmış evlərin bərpa olunmasından sonra istifadəyə verilməsi mərasimində iştirak etmiş və Mil-Muğan hidroqovşağının fəaliyyət ilə tanış olmuşdur.