Mollaməhərrəmli kəndində səyyar qəbul keçirilmişdir
17 dekabr 2014 | 16:00
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun Mollaməhərrəmli kəndində əhali ilə səyyar qəbul keçirmişdir. Qəbulda kənd sakinləri, hüquq mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər. Sakinlərin müraciətləri dinlənildi. Bir çox məsələlərin yerindəcə həlli üçün tapşırıqlar verildi. Digər qaldırılan məsələlərin həlli üçün araşdırma aparılacağı bildirildi.