Şriftin ölçüsü :

Saytın rəngi :

15 oktyabr Şəhid Baxışov İlqar Adışirin oğlunun Anım günüdür

16 oktyabr 2024 | 13:48
15 oktyabr Şəhid Baxışov İlqar Adışirin oğlunun Anım günüdür.
Anım günü ilə bağlı 44 günlük vətən müharibəsinin şəhidi Baxışov İlqar Adışirin oğlunun ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər və rayon ziyalıları ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, İlqar Baxışov 21 noyabr 2000-ci ildə Horadiz şəhərində anadan olmuşdur. 2007-ci ildə Horadiz şəhəri 2 nömrəli tam orta məktəbin 1-ci sinifə getmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. İlqar davanışı ilə, hərəkətləri ilə yoldaşlarına nümunə olmuşdur.
2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Tərtər rayonunda aparmışdır. Vətən Müharibəsi başlanan tarixdən İlqar döyüş əməliyyatlarında böyük şücaətlə iştirak etmişdir. Suqovuşan kəndinin mənfur işğalçılardan azad olunması zamanı 15 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən İlqar Baxışova ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Keçidlər