Tələbə adını qazanmış gənclərlə görüş keçirildi
28 avqust 2015 | 15:00
Bu il Füzuli rayonu üzrə cəmi 553 nəfər sənəd verən abituriyentlərdən 324 nəfəri ali məktəblərə qəbul olunmuşlar. Onlardan 12 nəfəri 600 baldan yuxarı, 35 nəfəri 500 baldan yuxarı, 61 nəfəri 400 baldan yuxarı, 85 nəfəri 300 baldan yuxarı, 131 nəfəri 200 baldan yuxarı toplamışlar. 90 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Həmin tələbələrlə Horadiz şəhəri, Heydər Əliyev Mərkəzinin akt zalında görüş keçirildi. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak etdi. Qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan gənclərə qiymətli hədiyyələr təqdim edildi.