17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə “Sağlam gələcəyə aparan yolun memarları” adlı konfrans keçirilib!
17 iyun 2026 | 17:43
Füzuli rayonunda 17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə “Sağlam gələcəyə aparan yolun memarları” adlı konfrans keçirilib.
Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Elçin Qurbanov, Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, həkimlər və tibb işçiləri iştirak ediblər.
Əvvəlcə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli MRX PHŞ –nin direktoru Elçin Qurbanov və bir qrup tibb işçisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzüblər.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səslənib və Ulu Öndər Heydər Əliyevin, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Elçin Qurbanov qonaqları salamlayıb və tədbirin mahiyyəti barədə məlumat verərək bütün səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik edib.
Ağsaqqallar Şurasının sədri, həkim Zülfüqar Əliyev çıxış edərək, insan sağlamlığının qorunması kimi şərəfli və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirən tibb işçilərinin əməyi dövlətimiz və cəmiyyətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Zülfüqar Əliyev hazırda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu səhiyyə siyasətindən söz açaraq, bütün tibb işçilərini peşə bayramları münasibəti ilə ürəkdən təbrik edib.
Sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin ölkəmizə birinci və ikinci rəhbərliyi dövrü Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğısından bəhs edib. Hazırda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan səhiyyəsinin çox böyük inkişaf yolu keçdiyini, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirildiyini, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaratdığını diqqətə çatdıraraq bütün tibb işçilərini peşə bayramları münasibəti ilə ürəkdən təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Sonda səhiyyə sahəsində xüsusi xidmətləri ilə fərqlənən bir qrup tibb işçilərinə Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub.






