Şriftin ölçüsü :

Saytın rəngi :

“17 oktyabr-Füzuli şəhəri günüdür” adlı dəyirmi masa keçirildi!

17 oktyabr 2025 | 14:07
“17 oktyabr-Füzuli şəhəri günüdür” adlı tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Füzuli şəhər sakinləri və ziyalılar iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu və hərbi siyasətin Prezident İlham Əliyev tərəfindən daha da uğurla davam etdirilməsindən, xalq-ordu-rəhbər birliyindən, bu birliyin sayəsində qazanılan Böyük Zəfərdən söz açdı. Alı Alıyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildiyini, 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırıldığını, Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd edildiyini diqqətə çatdırdı. 17 oktyabr-Füzuli şəhəri günü münasibəti ilə təbriklərini və xoş arzularını səsləndirən Alı Alıyev, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar dilədi.
Daha sonra Füzuli rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, şəhid anası Marusa Quliyeva, şəhid ataları Əmirxan Qarayev, Bəhruz Mikayılov, Əfsər Qurbanov çıxış etdilər. Çıxışçılar azadlığına qovuşmuş bütün ərazilərimiz kimi, bu gün Füzulidə də aparılan böyük quruculuq və abadlıq işlərindən bəhs etdilər, şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Keçidlər