Ümumrayon yığıncağı keçirildi.
14 sentyabr 2015 | 15:00
Horadiz şəhər Muğam Mərkəzində, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın cəbhə bölgəsinə, Füzuli rayonuna göstərdiyi diqqət və qayğının sayəsində rayonda görülən işlərə həsr olunmuş ümumrayon yığıncağı keçirildi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və yaşayış məntəqələrinin hər birindən sakinlər iştirak etdi.