Böyük Bəhmənli kəndində səyyar qəbul keçirilmişdir
18 yanvar 2016 | 16:00
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun Böyük Bəhmənli kəndində əhali ilə səyyar qəbul keçirmişdir. Qəbulda kənd sakinləri, hüquq mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər. Sakinlərin müraciətləri dinlənildi. Bir çox məsələlərin yerindəcə həlli üçün tapşırıqlar verildi. Digər qaldırılan məsələlərin həlli üçün araşdırma aparılacağı bildirildi.