Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhəyanı kəndlərdə əhali ilə görüş keçirildi.

25 yanvar 2016 | 16:00

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Füzuli rayonundan seçilmiş Milli Məclisin deputatı,  Milli Məclis sədrinin müavini Bahar Muradova  cəbhə xəttinə yaxın  Şükürbəyli və Qazaxlar  kəndində  əhali ilə səyyar qəbul keçirmişdir. Qəbulda kənd sakinləri,  hüquq mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər. Sakinlərin müraciətləri dinlənildi. Bir çox məsələlərin  yerindəcə həlli üçün tapşırıqlar verildi. Digər qaldırılan məsələlərin həlli üçün araşdırma aparılacağı bildirildi.

Keçidlər