RİHB- nın hesabat yığıncağı keçirildi
09 fevral 2016 | 16:00
Füzuli rayonunda 2015-ci ilin sosial iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin sədr müavini Bahar Muradova və Azərbaycan Respublikası Prezident Administrasıyasının məsul işçisi Əflatun Rufiyev iştirak etdi. Bundan əlavə yığıncaqda rayon hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etdi.