Şriftin ölçüsü :

Saytın rəngi :

1993-cü ildə şəhid olmuş, Xocavənd rayonundan qalıqları tapılan iki şəhidimiz dəfn olundu!

28 sentyabr 2023 | 15:41

Xocavənd rayonundan qalıqları tapılan, 1993-cü ildə şəhid olmuş Füzuli rayonu Aşağı Seyidəhmədli kənd sakini, 1969-cu il təvəllüdlü Nağıyev Cahid Şəfa oğlu və Füzuli rayonu Dördçinar kənd sakini, 1937-ci il təvəllüdlü Xələfov Cahangir Məmi oğlunun 28.09.2023-ci il tarixdə dəfn mərasimi keçirildi. 

Aşağı Seyidəhmədli kənd qəbiristanlığında dəfn olunan şəhid Nağıyev Cahidin dəfn mərasimində Füzuli RİH başçısı Alı Alıyev və RİH əməkdaşları, huquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbə qəbiristanlığında dəfn olunan şəhid  Xələfov Cahangirin dəfn mərasimində RİHB-nın Birinci müavini və RİH əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları iştirak etdilər

 

 

Keçidlər