"2 iyul- Azərbaycan Polisi Günü" münasibəti ilə tədbir keçirildİ!
02 iyul 2024 | 15:17
"2 iyul- Azərbaycan Polisi Günü" münasibəti ilə tədbir keçirildi. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Füzuli Dövlət Dram Teatrında keçirilən tədbirdə Dövlət Himni səsləndi,Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra “Azərbaycan polisi” adlı videoçarx izləndi.
Füzuli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Zaur Abbasov geniş məruzə ilə çıxış etdi.
Daha sonra Füzuli Rayon prokuroru Ramiz Əliyev, Füzuli Rayon Məhkəməsinin sədri Aqil Musayev, Füzuli Hərbi Məhkəməsinin sədri Əli Süleymanov, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin rəisi Yəhya Məmmədov, Füzuli rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, N saylı hərbi hissənin komandiri Samir Salmanov çıxış edərək 2 iyul- Azərbaycan Polisi Günü münasibəti ilə polisləri təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilməsindən, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlərin görülməsindən, dövlət başçısının diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının davamlı inkişafda olmasından bəhs etdi. Alı Alıyev peşə bayramları münasibəti ilə polisləri ürəkdən təbrik etdi və onlara çətin, şərəfli işlərində uğurlar arzuladı.
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar və hədiyyə təqdim olundu.