Şriftin ölçüsü :

Saytın rəngi :

2 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirildi!

10 fevral 2023 | 15:39

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 9 fevral 2023-cü il tarixdə 2 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, Rayon prokuroru və əlaqədar təşkilatların rəhbər şəxsləri iştirak etdilər.
Səyyar qəbulda çıxış edən Alı Alıyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün yaşayış məntəqələrində vətəndaşlarla görüşlərin keçirildiyini bildirdi.
Qəbulda qəsəbə sakinlərinin təklif, müraciət və şikayətləri rayon rəhbəri tərəfindən dinlənildi. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün lazımi tapşırıqlar verildi.

Keçidlər