Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə “Şəhidlər” abidə kompleksi ziyarət olundu!

20 yanvar 2026 | 12:07

Füzuli rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə “Şəhidlər” abidə kompleksi ziyarət olundu.
Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbiçilər, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri abidə kompleksini ziyarət etdilər, şəhidlərin ruhuna ehtiram əlaməti olaraq abidə önünə tər qərənfillər düzdülər.
Saat 12:00-da rayon ərazisində bir dəqiqəlik sükut elan edildi.

Keçidlər