Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar tədbir keçirildi!

20 yanvar 2024 | 17:09

    20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar keçirilən anım günü tədbirində rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda təşkil olunan tədbirdə həzin musiqi sədaları altında 20 Yanvar şəhidlərinin, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anıldı, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinin önünə tər qərənfillər düzüldü.

    Saat 12:00-da rayon ərazisində bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi.

Keçidlər