2023-cü ilin ilk səyyar qəbulu Əhmədalılar kəndində keçirildi!
Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 5 yanvar 2023-cü il tarixdə Əhmədalılar kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları və əlaqədar təşkilatların rəhbər şəxsləri iştirak etdilər.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bildirdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2022-ci ildə olduğu kimi 2023-cü ildə də bütün yaşayış məntəqlərində səyyar qəbulların keçirilməsi nəzərdə tutulub.
Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri rayon rəhbəri tərəfindən dinlənildi. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün lazımi tapşırıqlar verilmiş, bəzi təkliflərlə bağlı müvafiq qurumlara rəsmi müraciət olunmuşdur.