Ümumrayon toplantısı keçirildi
07 aprel 2016 | 16:00
Dövlət başçısı İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Füzuli rayonu Horadiz şəhərindəki muğam mərkəzində ümumrayon toplantısı keçirilmişdir. Toplantıda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova, Hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.