2012-ci ilin birinci rübünün sosial –iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir
26 aprel 2012 | 15:00
Füzuli rayonunun 2012-ci ilin birinci rübünün sosial –iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirdi ki, 2011-ci ildə olduğu kimi 2012-ci ilin birinci rübündə də Regionların sosial-iqtisadi inkişafı dövlət proqamına uyğun olaraq rayonda nəzərdə tutulmuş tədbirlərin icrası uğurla davam etdirilmişdir. Rayonun şəhər, qəsəbə və kəndlərində abadlıq, quruculuq işləri sürətlə həyata keçirilmiş, bir sıra layihələrin icrasına başlanılmışdır.