Kənd təsərrüfatı müşavirəsi keçirildi
24 fevral 2017 | 16:00
Füzuli rayonunda kənd təsərrüfatı inkişafının şaxələndirilməsi (pambıq, barama, taxıl, çuğundur) kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon müşavirəsi keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, aidiyyəti xidmət təşkilatları rəhbərləri, kənd təsərrüfatı məhsulları istehsalçıları və fermerlər iştirak etdilər.