Şriftin ölçüsü :

Saytın rəngi :

Horadiz şəhərində Zəfər yürüşü

06 aprel 2017 | 16:00

Horadiz şəhərində 2016-ci ilin aprel döyüşlərinin il dönümü ilə əlaqədar zəfər yürüşü keçirildi. Tədbirdə  RİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazidə xidmət aparan hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştrak etdi. Yürüş 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin və ətraf ərazilərin ermənistan silahlı qüvvələrinin  işğalından azad olunması uğrunda şəhid olmuş hərbiçilərin xatirəsinə ucaldılmış abidənin açılışı ilə başa çatdı. Tədbirə adları abidədə qeyd olunan, respublikanın müxtəlif regionlarında yaşayan 22 şəhid ailəsinin üzvləri dəvət olunmuşdur. Abidə Horadiz şəhərindən Lələtəpə yüksəkliyinə gedən avtomobil yolunun kənarında tikilmişdir. Ümumi ərazisi   1950 kvm-dir.  Abidədə  mərmər lövhələrdə 22 şəhid hərbiçinin o cümlədən 4 nəfər Füzuli rayonundan  olan şəhid hərbiçinin şəkilləri və onlar haqqında məlumat asılmışdır. Ərazidə qızıl gül kolları, xarici ölkələrdən gətirilmiş müxtəlif ağaclar əkilmişdir. Müasir işıqlandırma sistemi qurulmuş, abidənin ətrafında abadlıq işləri aparılmışdır.  Abidə  RİH-nin daxili imkanları hesabına tikilmişdir.

Keçidlər