Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib!

25 sentyabr 2026 | 16:46
27 Sentyabr – Anım Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Füzuli rayonunda ağacəkmə aksiyası keçirilib.
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində keçirilən aksiyada Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələrinin üzvləri, qazilər, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, rayonun mədəniyyət müəssisələrinin, Füzuli Rayon İcra Hakimiyyətinin, Rayon Mənzil İstismar İdarəsinin və Rayon Kommunal Müəssisələr Kombinatının əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində Horadiz şəhərinin ərazisində 30 ədəd Eldar şamı və 70 ədəd sərv ağacı əkilib, yeni əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilib.
Şəhidlərin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası eyni zamanda Horadiz şəhərində yaşıllıq sahələrinin genişləndirilməsinə, şəhərin ekoloji mühitinin və estetik görünüşünün daha da yaxşılaşdırılmasına xidmət edir.
Keçidlər