"27 Sentyabr - Anım Günü" ilə bağlı ümumrayon tədbiri keçirildi!
Füzuli rayonunda 27 sentyabr – Anım Gününə həsr edilmiş tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda keçirilən tədbirdə Füzuli RİH başçısı Alı Alıyev və RİH əməkdaşları, Hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, hərbiçilər, idarə, müəssisə, təşkilat rəhbərləri, İctimai Birliklər, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və şəhidlərin ruhuna dualar oxundu. Daha sonra şəhidlərin şəkillərindən ibarət lövhələrin və abidə kompleksinin qarşısına tər çiçəklər düzülərək, onların əziz xatirələrinə dərin ehtiram ifadə olundu.
Saat 12:00-da rayon ərazisində bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi anıldı.