Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirildi!

27 sentyabr 2024 | 14:06

27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirildi.  Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, hərbçilər, idarə, müəssisə, təşkilat rəhbərləri, İctimai birliklər, gənclər və ictimaiyyət nümayəndələri, ümumilikdə  5000 nəfərdən çox rayon əhalisi iştirak etdilər.

Tədbir başlamazdan əvvəl Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və şəhidlərin ruhuna dualar oxundu. Daha sonra şəhidlərin şəkillərindən ibarət lövhələrin və abidə kompleksinin qarşısına tər çiçəklər düzülərək, onların əziz xatirələrinə dərin ehtiram ifadə olundu.

Saat 12:00-da rayon ərazisində bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi anıldı.

 

Keçidlər