Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib!

27 sentyabr 2026 | 12:59

27 Sentyabr – Anım Günü ilə əlaqədar Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda şəhidlərin əziz xatirəsinə həsr olunmuş anım tədbiri təşkil edilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli Rayon Təşkilatının sədri Nazimə Şamiyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, hərbçilər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, ictimai birliklərin nümayəndələri, gənclər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin şəkillərindən ibarət lövhələrin və abidə kompleksinin önünə tər çiçəklər düzülüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir iştirakçıları şəhidlərin keçdiyi şərəfli döyüş yolunu, onların Vətən qarşısında göstərdikləri misilsiz qəhrəmanlığı və xalqımızın yaddaşında əbədi yaşayacaq əziz xatirələrini ehtiramla yad ediblər.
Saat 12:00-da Azərbaycan Respublikasının bütün ərazisində olduğu kimi, Füzuli rayonunda da şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub. Rayon sakinləri və tədbir iştirakçıları bir dəqiqəlik sükutla Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini yad ediblər.
27 Sentyabr – Anım Günü münasibətilə Füzuli rayonunda keçirilən tədbirlər şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu, onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə örnək olduğunu bir daha nümayiş etdirib.

Keçidlər