Milli Məclisin deputatı Alıxanlı kəndində oldu.
15 noyabr 2017 | 16:00
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə Füzuli rayonunda oldu, 04.07.2017-ci ildə rayonun cəbhə xəttində ermənistan silahlı qüvvələri tərəfindən Alıxanlı kəndinə atılan mərmi partlaması nəticəsində həlak olmuş 1966-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının ailəsi ilə görüşdü və tərtib etdiyi “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaş yarımlıq Zəhra Quliyeva faciəsi” kitabını təqdim etdi.