Şriftin ölçüsü :

Saytın rəngi :

"31 Mart-Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar anım tədbiri keçirildi!

31 mart 2026 | 12:02

Füzuli rayonunda 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirildi. Horadiz şəhərində soyqırım qurbanlarının xatirələrinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış “31 Mart Soyqırım” adlı abidə kompleksi Füzuli RİH-nin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüququ-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olundu. Ziyarətçilər günahsız soyqırımı qurbanlarının xatirələrinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzdülər.

Keçidlər