Şriftin ölçüsü :

Saytın rəngi :

"31 Mart - Azərbaycanlıların Soyqırımı günü" ilə əlaqədar anım tədbiri keçirildi!

30 mart 2024 | 11:43

"31 Mart - Azərbaycanlıların Soyqırımı günü" ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə Füzuli RİH rəhbərliyi, Hüquq - mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri, qazilər, müharibə veteranları, idarə - təşkilatların kollektivləri, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları Horadiz şəhərində yerləşən, soyqırım qurbanlarının əziz xatirəsinə ucaldılmış "31 Mart Soyqırımı" abidəsini ziyarət etdilər və abidə önünə gül dəstələri düzərək soyqırım qurbanlarının xatirəsinə ehtiramlarını ifadə etdilər.

Keçidlər