Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Mart Soyqırımı: Tarixi Ədalət və Yaddaş” adlı dəyirmi masa keçirildi!

31 mart 2026 | 17:34
Füzuli Rayon İcra Hakimiyyətində “31 Mart Soyqırımı: Tarixi Ədalət və Yaddaş” adlı dəyirmi masa keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, QRTİ-nin Füzuli və Xocəvənd rayonları üzrə təhsil sektorunun, Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra mövzu ilə bağlı videoçarx izlənildi.
Sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyev tərəfindən 31 mart Soyqırımı hadisəsinə hüquqi-siyasi qiymət verilərək, 26 mart 1998-ci il tarixli Sərəncamı ilə bu faciənin 31 mart- Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilməsindən danışdı. Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan ardıcıl və məqsədyönlü dövlət siyasətindən bəhs edən Alı Alıyev bu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində genişmiqyaslı işlərin görüldüyünü diqqətə çatdırdı.
Digər çıxış edənlər, I Qarabağ veteranı Elçin Əsədov, QRTİ-nin Füzuli və Xocəvənd rayonları üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nailə Əsədli minlərlə günahsız azərbaycanlının qətlə yetirildiyi soyqırımı hadisəsinin insanlığa qarşı qati cinayət olduğunu bildirmiş, qurbanlara Allahdan rəhmət, ruhlarına rahatlıq diləmişlər. Belə tədbirlərin keçirilməsi tarixi yaddaşın qorunması və gələcək nəsillərə düzgün çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladılar.
Keçidlər