Aprel zəfərinin ikinci il dönümü
05 aprel 2018 | 16:00
Aprel zəfərinin ikinci il dönümü münasibəti ilə Horadiz şəhərində aprel Şəhidlərinin abidəsinin qarşısında yürüş-mitinq keçirildi. Yürüşdə Milli Məclisin sədr müavini Bahar Muradova, rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, ərazidə xidmət edən hərbi qulluqçular, Lələtəpə döyüşlərində Şəhid olan hərbiçilərin ailə üzvləri, müharibə əlilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.