Məmur-vətəndaş münasibətləri müzakirə olundu.
19 sentyabr 2019 | 16:00
Rayonda məmur–vətəndaş münasibətlərinə həsr olunan ümumrayon müşavirəsi keçirildi. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri iştirak etdi.